"Yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endiririk" - General

img

28-04-2016 [15:17]


"Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”.

Bu barədə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyevin Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyilir. 

"Erməni naziri "sülhməramlı” qismində çıxış edərkən, Ermənistan silahlı qüvvələri artıq üç gecədir cəbhə zonasında yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur. Dinc sakinləri və onların evlərini atəşə tutan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”, - deyə, o, vurğulayıb(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA