Prezidentin təyinatları Milli Məclisdə!

img

28-04-2016 [12:55]


Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən cilasında Şirvan Apellyasiya Məhkəməsinin sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi, o cümlədən bir sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılıb.

İclasda o cümlədən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib. Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təkliflər sırasındadır.

Bütün təkliflər MM-in plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA