28-04-2016 [12:30]
"Moskvada aprelin 27-də 5-ci Təhlükəsizlik Konfransı keçirildi. Rusiya hakimiyyəti bu konfransı məşhur Münhen təhlükəsizlik konfransına bənzətmək istəyir. Ancaq budəfəki konfransa NATO ölkələrindən heç kim qatılmadı. Halbuki, birinci konfransda Qərb ölkələrinin təmsilçiləri də iştirak edir və tədbir maraqlı diskussiya ilə yadda qalmışdı. Budəfəki konfransda isə çıxışların çoxu monoloq xarakteri daşıyırdı".
Mia.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiyanın Krımı işğal etməsi NATO ölkələrinin Moskva konfransına marağını azaldıb:
"Konfransda yalnız Avrasiya ölkələrinin nümayəndələri iştirak edirdilər. İran, Suriya, Pakistan, Əfqanıstan və Çinin nümayəndələri Moskvada qlobal təhlükəsizlikdən çox başqa ölkələrə qarşı iddialar səsləndirirdilər. Məsələn, Moskvada çıxış edən İran nümayəndəsi bütün problemlərin kökündə sionizmin dayandığını iddia etdi. Halbuki, Rusiya hakimiyyəti İsraillə sıx münasibətlərə çalışır və İsrail əleyhinə belə çıxışlar Kremldə diskomfort yaratmalıdır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransındakı çıxışında ABŞ və NATO-nu tənqid etdikdən sonra Qərbin təzyiqlərinə alternativ yol göstərdi: "Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək və təşkilatda hərbi məsləhətçilər institutu yaratmaq lazımdır”.
Şoyqunun bu ideyasının reallaşması problematikdir. Çünki Krımın işğalından sonra Rusiyadan nəinki Qərb dövlətləri, öz müttəfiqləri də ehtiyat edirlər. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiyadan başqa digər əsas iki dövlət - Çin və Qazaxıstandır. Astana və Pekin Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək, o cümlədən birgə regional layihələr həyata keçirmək istəyirlər. Ancaq nə Astana, nə də Pekin Kremlin hərbi avantüralarına şərik olmaq istəyirlər. Qazaxıstan və Çin Rusiyadan fərqli olaraq Qərb ölkələri ilə körpüləri yandırmır, tam əksinə Vaşinqton və Brüssellə müxtəlif iqtiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdırlar. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını hərbi bloka çevirməkdənsə, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə yararsızdır” sualına cavab axtarmalıdır. Sualın cavabı isə yenə Rusiyanın xarici siyasətində, Moskvanın Krımı işğalında və ətrafdakı separatçılara verdiyi dəstəkdədir. Ona görə də heç bir dövlət Rusiya ilə hərbi müttəfiq olmaq istəmir. İki il əvvələ qədər Ukrayna və Türkiyə Rusiyanın strateji tərəfdaşları idi. İndi isə Rusiya hər iki ölkəni özünə düşmən edib".
Ekspert bildirir ki, Rusiya rəsmiləri və ekspertləri aprelin 2-dən bu yana eyni ittihamı təkrarlayırlar:
"Bu ittiham isə belədir: Dağlıq Qarabağda müharibəni Türkiyə qızışdırıb, Ankaranın məqsədi Rusiyaya Cənubi Qafqazda problem yaratmaqdır". Bu məntiqsiz açıqlamanı başqa şəkildə belə oxumaq lazımdır: "Türkiyə Azərbaycan vasitəsilə cəbhə bölgəsində atəşkəsi pozub". Türkiyəli rəsmilər günlərdir Moskvanın bu ittihamına susdular, səbr nümayiş etdirdilər, indi isə türkiyəli rəsmilər və diplomatlar qarşılıqlı açıqlamalar səsləndirirlər. Bakıda BMT-nin Qlobal Forumunda çıxış edən Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Bağış dedi ki, Ermənistan müstəqil dövlət deyil, qərarlar Moskvada verilir. Bunun əksini sübut etmək çətindir. Rusiyalı rəsmilər Eğemen Bağışın doğru demədiyini sübut etmək üçün gərək Ermənistanın müstəqil dövlət olduğunu, bu ölkədə başqa dövlətin hərbi bazalarının olmadığını, sərhədi Ermənistan sərhəd qoşunlarının qoruduğunu, silah almaq üçün başqa dövlətdən 200 milyon dollar dilənmədiyini, əsas fabrik və zavodlarını isə Ermənistana məxsus olduğunu sübut edələr".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi