Ermənilərin atəşi nəticəsində Ağdamın 8 sakini yaralanıb, bir nəfər ölüb - SİYAHI

img

28-04-2016 [09:12]


Aprelin 27-si gecə saatlarından ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu 1975-cı il təvəllüdlü Çəmənli kəndi

2. Rəhimov Zahid Vəliş oğlu 1985-cı il təvəllüdlü Çəmənli kəndi

3. Hüseynov Əli Müseyib oğlu 1943-cı il təvəllüdlü Çəmənli kəndi

4. Kərimov Sirdaş Şükür oğlu 1962-cı il təvəllüdlü Çəmənli kəndi

5. Məmmədov Adil Musdu oğlu 1955-cı il təvəllüdlü Çəmənli kəndi

6. Məmmədov Elnur Polu oğlu 1978-cı il təvəllüdlü Əfətli kəndi

7. Qarayev Elgiz Elbrus oğlu 1985-cı il təvəllüdlü Qaradağlı kəndi

8. İmanov Məhəmmədəli Soltan oğlu 1963-cı il təvəllüdlü Zəngişalı kəndi (kantuziya).

Bundan başqa, "Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA