Zakir Həsənov general və zabitləri topladı, döyüş şəraiti müzakirə olundu - FOTOLAR

img

27-04-2016 [20:15]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı nazirə məruzələr edilib.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA