Daha bir şəhidimizin medalı anasına verildi-FOTOLAR

img

27-04-2016 [14:21]


Siyəzəndə 2015-ci ilin avqust ayında Qarabağ uğrunda şəhid olmuş 20 yaşlı Ağadadaş Şahkərəmovun ailəsinə medal təqdim edilib.
Mia.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycan prezidenti adından və müdafiə naziri Zakir Həsənovun əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli medalı" şəhid Ağadadaşın anası Zəminə Şahkərəməvanın sinəsinə taxıb.

Şəhidin valideynləri övladlarının müqəddəs Azərbaycan torpağı uğrunda əbədiyyətə qovuşmasından sözün həqiqi mənasından qürur duyduqlaçrını deyib.

Şəhidin atası Şahkərəm Şahkərəmov deyib ki, 2 oğlu birlikdə özü də döyüşə hazırdır.

Təqdimat mərasimində çıxış edən Siyəzənin İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynov rayonun Qarabağ döyüşlərində 70-dən artıq şəhid verdiyini, onların xatirəsinin həmişə əziz tutulduğunu bildirib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA