27-04-2016 [14:14]
"Dünəndən başlayaraq cəbhə bölgəsində vəziyyət yenidən gərginlşib. Ermənistan tərəfi əsasən Tərtər istiqamətində Azərbaycanın mövqelərini daim atəşə tutur, kəndlərə ziyan vurur".
Mia.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O, Tərtərin daima atəş altında olmasının Azərbaycan ordusunun Ağdərə istiqamətində irəriləməsi məsələsini aktuallaşdırdığını bildirib. Ümumiyyətlə cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var:
"Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə həmişəki kimi şablon ifadələr veriblər və bölgəyə səfərləri də real nəticə verməyib. Belə olan halda cəbhə bölgəsində sakitlik və tərəflərin atəşkəsə riayət edəcəyini gözləmək çətindir.
İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış cəbhədə əks-hücumla uğur qazanmaq istəyir. Ancaq nəticədə Ermənistanın itkiləri artır”.
E.Şahinoğlu hesab edir ki, sadalanan hər iki səbəb Azərbaycanın maraqlarına cavab verir:"Çünki, həm beynəlxalq aləmin passivliyi, həm də Ermənistan prezidentinin əks-hücuma keçmək istəyi Azərbaycan ordusuna növbəti mərhələdə işğal altındakı yeni ərazilərin azad olunması imkanı qazandırır. Azərbaycan ordusunun hərbi heyəti komandanlıqdan hücum əmri gözləyir. Orduda bu əhval-ruhiyyə komandanlığın gələcək qərarlarına da təsir edəcək.
2-6 aprel tarixlərindəki döyüşlər və əldə olunan nəticələr Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həll formulunu aydınlaşdırdı: İşğal altındakı Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək, Moskva ilə isə tərəfdaşlıq oyununu davam etdirmək lazımdır.
İkinci amil ona görə vacibdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın bu separatçı bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin.
Digər tərəfdən, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığından imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərlərsə, həm Azərbaycanla münasibətləri gərginləşdirəcəklər, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaqlar”.
Politoloq Vaşinqtonun da fəallaşmağa qərar verdiyini vurğulayıb:
"ABŞ dövlət katibi Con Kerri aprelin 25-də Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək, İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışdı. Əslində Kerrinin telefon zəngi gecikib, 6 aprel tarixindən sonra rusiyalı rəsmilər Bakı və İrəvanda səfərlər etdilər, tərəflərlə intensiv danışıqlar apardılar, münaqişənin həlliylə bağlı 5 il öncəki Kazan planını xatırlatdılar. Bu müddətdə Vaşinqton Moskvanın təkbaşına fəallığına seyrçi qaldı. Ümumiyyətlə ABŞ prezidenti Barak Obama üçün Cənubi Qafqaz aktual deyil. Obamanın bu siyasəti Rusiyaya Cənubi Qafqazda geniş manevr imkanı qazandırır. Vaşinqton Azərbaycanla təmaslarını yalnız enerji reruslarının dünya bazarlarına daşınması və Əfqanıstana yardım üzərində qurub, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir. Hətta Fransa münaqişənin həlli məsələsində Vaşinqtondan ön plandadır. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışdıqları fikrini də aprelin 26-da ATƏT-in Minsk qrupunun məhz Fransadan olan həmsədri Pyer Andrie bildirdi.
Bundan başqa prezident İlham Əliyev aprelin 26-da Bakıda Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşdü. Bu görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli və regional məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı”.
Elxan Şahinoğlunun sözlərinə görə, əslində Con Kerrinin Bakı və İrəvana telefon zəngləri Rusiyaya mesajdır:
"Vaşinqton telefon zəngi ilə Moskvaya mesaj göndərdi ki, "Cənubi Qafqazda biz də varıq”. Əlbəttə, Fransa və ABŞ-ın fəallaşmasının sülhün əldə olunması prosesini sürətləndirəcəyini söyləmək çətindir. Ancaq rəsmi Bakı bütün hallarda Paris və Vaşinqtonun fəallaşmasından istifadə etməlidir, əsas odur ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllindəki təkbaşına vasitəçilik təşəbbüslarinin qarşısı mümkün qədər əngəllənsin. Çünki, bu təşəbbüslər Azərbaycanın xeyrinə deyil. Azərbaycan 1990-cı illərin əvvəllərində də Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını məhz Qərb dövlətlərinin dəstəyi ilə pozmuşdu. Rusiya Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyirdi, bu məqsədlə Azərbaycan hakimiyyətinə təzyiq edirdi. Rəsmi Bakı Rusiyanın təzyiqlərindən 1994-cü ildə Budapeştdə keçirilən ATƏT sammiti vasitəsilə qurtuldu. Qərb dövlətləri həmin sammitdə belə qərar qəbul etdilər ki, Dağlıq Qarabağla yalnız bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz, bölgədə sülhməramlıların tərkibi proporsional şəkildə müəyyənləşməlidir. Rusiya bu qərarın əleyhinə çıxa bilmədi”.
E.Şahinoğlu onu da bildirib ki, yaranan bu oxşar vəziyyətdə Rusiya Dağlıq Qarabağ münaqişəsini və həlli prosesini öz nəzarətinə keçirmək istəyir: "Ona görə də elə etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri – Fransa və ABŞ, o cümlədən ATƏT-in hazırki sədri Almaniya prosesdə fəal iştirak etsinlər, Rusiyanın təkbaşına vasitəçilik missiyasına imkan verməsinlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi