Prezident Dövlət bayrağı meydanında həyata keçirilən inzaat izlərinin gedizi ilə tanız olub

img

30-03-2010 [07:28]


Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. İnşaat işlərinin gedişi barədə prezidentə məlumat verilib. Bildirilib ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur və bu istiqamətdə xeyli iş görülüb. Qeyd edilib ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr olmaqla 2450 kvadratmetr sahəni əhatə edəcək. Dövlətimizin başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verib. Qeyd edək ki, tikinti işlərinə prezidentin paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı sərəncama əsasən, Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında 2007-ci il noyabrın 17-də başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA