Zakir Həsənov tapşırıqlar verdi; Nazir cəbhədəki səhra hospitalında - FOTOLAR

img

27-04-2016 [13:45]


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Mia.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA