Elmar Məmmədyarov Belarus xarici izlər nazirinin müavinini qəbul edib

img

30-03-2010 [07:18]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus xarici İşlər nazirinin müavini İqor Petrişenkonu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, İ.Petrişenko Belarus-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, bütün sahələrdə münasibətlərin daha da intensivləşdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Öz növbəsində, E.Məmmədyarov tarixən iki xalq arasında sıx münasibətlərin olduğunu, siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, o cümlədən ölkə prezidentləri arasındakı xoş münasibətlərin hər iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə təkan verdiyini deyib. Tərəflər ölkələr arasındakı kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə həyata keçirilən birgə layihələri yüksək qiymətləndiriblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA