Nazirlikdə islahat – Heydər Əsədov 3 müəssisənni ləğv etdi

img

27-04-2016 [10:33]


Göygöl rayonundakı "Ətlik-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC, "Camışlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC və "Bağmanlar taxıl toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC birləşib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin "Vergilər" qəzetində dərc etdiyi məlumatda bildirilir.

MMC-lərin bazasında Kənd Təsərrüfatı Nazirliyinin "Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılıb.

Bununla əlaqədar olaraq yuxarıda adları çəkilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları Kənd Təsərrüfatı Nazirliyində yaradılmış ləğvetmə komissiyasına 60 gün ərzində müraciət etmələri xahiş olunur.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA