26-04-2016 [18:28]
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırıma dünya miqyasında ikili standartlarla yanaşılması ilə bağlı maraqlı təhlil və müqayisə aparıb.
Mia.az Elməddin Behbudun təhlilini təqdim edir:
*****
II dünya müharibəsi illərində Almaniya ordusu Praqanın 20 kilometrliyində yerləşən Lidiçe qəsəbəsinin 105 azyaşlı sakinindən 82-sini qaz kamerasında məhv edib. Hadisənin üzərindən cəmi 3 il keçəndən sonra Lidiçedə sözügedən faciənin məsum qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradılıb. Bir müddət sonra isə qətlə yetirilən uşaqların xatirəsinə aşağıda şəklini paylaşdığım abidə ucaldılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan dövrdən rəsmi İrəvanın azərbaycanlılara, o cümlədən günahsız körpələrə qarşı həyata keçirdiyi vandalizm aktlarının, qətlə yetirdiyi uşaqların sayının miqyası və mahiyyəti heç də faşizmin bu mövzuda buraxdığı izlərdən az ağrıdıcı deyil.
1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayınını daha böyük olduğunu deyirlər.
1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar.
1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib.
Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) vəhşicəsinə qətlə yetirilib.
Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaqıydı. Ermənistan ordusu 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirib.
Ermənistanın mülki əhalini, xüsusi ilə məsum körpələri qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır.
Ancaq təəssüflər olsun ki, hələ də Qarabağda qətlə yetirilən fidan körpələrin xatirəsinə xüsusi abidə ucaldılmayıb (bildiyim qədər). Çox yaxşı olardı ki, Bakıda və ölkənin bir neçə iri yaşayış məntəqəsində (Gəncə, Lənkəran, Naxçıvan və s.) Ermənistanın Qarabağda vəhşicəsinə qətlə yetirdiyi uşaqların xatirəsinə abidə ucaldılsın və onların ziyarət edilməsi rəsmi pratakola daxil olunsun.
Bu tip addımlar düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və təxribatının hər gün Azərbaycan ərazisində və insanların faktiki yaşadığı kənd və qəsəbələrdə hiss edilməsinə baxmayaraq rəsmi İrəvanın həyasızcasına və mütamadi şəkildə dünyaya "mələk" obrazında mesajlar verməsinin də təsirini azaltmış olardı.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi