26-04-2016 [18:13]
Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazir Oqtay Şirəliyev qeyd edib ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, səhiyyə, elm və təhsil, mədəni və beləliklə də bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, yüksək səviyyəli səfərlər həyata keçirilir.
O.Şirəliyev ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin, müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini xatırladıb. Qeyd olunub ki, ilk dəfə 1994-cü ildə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu imzalanıb. Protokola əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulub və protokolun bütün müddəaları layiqincə yerinə yetirilib:
"Hazırda səhiyyənin elə bir sahəsi yoxdur ki, orada türkiyəli məsləkdaşlarla əməkdaşlıq olmasın. Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib. Nazir onu da vurğulayıb ki, bu gün tərəflər arasında imzalanacaq Sazişin gələcəkdə də daha fal əməkdaşlıqları davam etdirməyə vəsilə olacaq. Vurğulayıb ki, hazırda azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə yanaşı ölkədə "Sağlamlıq həftəsi” çərçivəsində birgə əməliyyatlar icra edirlər. Bu da bir daha dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir”.
Türkiyəli nazir Məhmət Müəzzinoğlu bildirib ki, Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu hazırda istər son dövrlərdə törədilmiş terror hadisələri sayəsində itkilər vermiş Türkiyə, istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi və şəhidlər verdiyi bir ərəfədə Azərbaycan üçün çox önəmlidir: "Belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın əbədi olacağının bariz nümunəsidir".
Daha sonra türkiyəli nazir ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə və uzman həkimlərinin iş prinsipindən, Türkiyədə yaradılmış "Türk Sağlıq bilimləri” Universetitetinin bugünkü fəaliyyətindən danışıb.
Görüşün sonunda Səhiyyə naziri Oqtay Şirəliyev və Türkiyə səhiyyə naziri Məhmət Müəzzinoğlu səhiyyə və tibb elmi sahəsindəki əməkdaşlığa dair sazişi imzalayıblar.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi