"Başa düşməlidirlər ki, onlar uduzublar" - Şeyxdən ermənilərə çağırış

img

26-04-2016 [17:30]


"Ermənilər öz ədalətsiz, haqsız iddialarından əl çəkməlidirlər. Başa düşməlidirlər ki, onlar uduzublar”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ermənilər təkcə Azərbaycana deyil, dünya ictimaiyyətinə uduzublar: "Onlar başqa dinləri və dilləri saymırlar. Özgəyə məxsus torpaqları zəbt edirlər. Ermənilər hər yerə hər cür vasitəyə əl atan bir millətdir. Ermənistan gec-tez Azərbaycan torpaqlarından çıxmalıdır. Mən Azərbaycanın gələcəyinə inanıram.
Ermənilərin atdığı addımlar isə qəbuledilməzdir. Onlar özlərini də məhv edirlər. Ermənilərin dini liderlərinə bir daha mesaj göndərirəm, insanları başa salsınlar ki, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar ki, onların analarının gözləri yaşlı qalmasın”.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA