26-04-2016 [17:00]
Ölkəmizdə işləyən bir çox müəllimlər onların məvacibindən əlavə vəsait tutulduğunu bildirirlər.
Mia.az ANS-ə istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsi və Gəncə şəhərinin müəllimləri son zamanlar cəbhə xəttində müşahidə olunan gərginliklə bağlı əsgərlərə yardım məqsədilə onların maaşlarından əlavə vəsait tutulduğunu iddia edirlər.
Gəncə şəhərində məktəblərin birində müəllimə işləyən Sona Əhmədova deyir ki, Gəncədə bütün məktəblərdə bu vəsaitlərin yığılmasına başlanıb: "Hal-hazırda bütün məktəblərdə belə birkampaniya başlayıb ki, maaşdanən azı 2 və 3 manat yığılır. Bizə deyiblər ki, bu vəsait orduya dəstək məqsədilə yığılır."- deyə müəllimə bildirdi.
Müəllimlərə məcburi imzalatdırılan sənəd
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, son günlər ərzində ordumuza dəstək məqsədilə təhsil kollektivləri müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də öz əmək haqlarından müəyyən hissənin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi ilə bağlı olan istəkdir.
"Təhsil Nazirliyi bunun qanunvericilik çərçivəsində könüllülük prinsipinə uyğun olaraq birdəfəlik edilməsini tövsiyə edib.Bir daha bildirmək istəyirik ki, bu, güclü və yüksək təminatlı Azərbaycan Ordusuna xalqın sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nişanəsidir. Bununla bağlı hər hansı bir məcburetmə halı yolverilməzdir. Əgər hər hansı bir təhsil işçisi buna və digər adla istənilən vəsait yığımına məcbur edilərsə, Təhsil Nazirliyinin "Qaynar xətt"inə müraciət edə bilər", -deyə mətbuat xidmətindən vurğuladılar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir.
"Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Yəni,hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda qeyd edirik ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir", - deyə qurumdan bildirdilər.
Ötən il də müəllimlər analoji halla bağlı narazılıqlarını bildirmişdilər.Azərbaycan Respublikasının Təhsil Nazirliyimüəllimlərin maaşlarının daha da artırılması istiqamətində bir sıra addımlar atsa da , amma onların məvacibindən çıxılan bəzi əlavə xərclər müəllimlərin narazılığına səbəb olub.
Qeyd olunan qurumlar arasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin adı da var idi. Cəmiyyətin aparat rəhbəri Rövşən Əliyev faktı təsdiqləsə də, amma bunun məcburi olmadığını qeyd etmişdi.
Hazırda Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması, onların sosial durumununun yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır.Əsas məqsəd onların təhsil işçilərinin maddi durumunun daha da yaxşılaşdırılmasıdır. Amma bəzi hallarda təhsil işçilərinin məvacibindən onların icazəsi olmadan əlavə pulların çıxılması onları narahat edir. Bu da istər-istəməz onlarının işinin keyfiyyətinə təsir edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi