Orta məktəblərdə dərslər bağlanır - Təhsil Nazirliyindən 5 günlük tətil açıqlaması

img

26-04-2016 [15:18]


Mayın 1-dən Azərbaycanda məktəblilərin əlavə yaz tətili başlayır.

Təhsil Nazirliyindən bildirilib ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. Əlavə yaz tətili 5 gün davam edəcək.

Bu il mayın 1-i bazar gününə təsadüf etsə də, məktəblilərin əlavə yaz tətili günlərində heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil 1 fevral – 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA