“Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçması..." - Nazirlikdən ermənilərə daha bir xəbərdarlıq

img

26-04-2016 [11:59]


Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike” raketinn "uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, "Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

"Görünür ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. "Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar "qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər” - Vaqif Dərgahlı deyib.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA