Zakir Həsənov cəbhə xəttində: "Düşmənin postları dağıdılıb"

img

26-04-2016 [11:40]


"Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib".

Mia.az report-a istinadən bildirir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar: "Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA