Cəbhəboyu kəndlərdə dəymiş ziyanla bağlı araşdırma aparılır - İcra başçısı

img

26-04-2016 [11:06]


Ötən gecə ermənilər Tərtərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutublar.
Mia.az-ın məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçsı Müstəqim Məmmədov "Report"a açıqlamasında bildirib ki, təmas xəttinə yaxın yerləşən 20-ə qədər fərdi yaşayış evinə mərmi düşüb: "Ermənilər atəşkəs rejimini növbəti dəfə pozaraq, rayonun cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə həmin yaşayış məntəqələrində qaz, elektrik və rabitə xətlərinə ciddi ziyan dəyib, mərmi düşən 20 evdən 8-i tamamilə yararsız hala düşüb".
M.Məmmədov əlavə edib ki, hazırda Tərtər rayon Fövqəladə Hallar Komissiyası (FHK) dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA