Əliyev Ərdoğanla görüşdü

img

25-04-2016 [22:19]


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA