25-04-2016 [19:39]
Bu gün Çernobıl faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova, bir qrup Çernobıl əlili və onların ailə üzvləri iştirak ediblər.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur.
Ulu öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Prezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
Öz növbəsində Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də hörmətli Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
O qeyd etdi ki, Azərbaycan Respublikası "Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi İdarə heyətinin 18.04.2016-cı il tarixli qərarı ilə Azərbaycan çernobılçılarına göstərdiyi qayğı və xidmətinə görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Fəxri Fərmanla təltif olunmuşdur.
Tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənildi.
Sonda rayonda yaşayan 80 nəfər Çernobıl əlillərinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıldı.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi