25-04-2016 [17:24]
"Azərbaycan ordusu dördgünlük müharibə zamanı ermənilərə və onların havadarlarına göstərdi ki, ordumuz yüksək səviyyədə təşkil olunub, istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ermənilər sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar oldular. Odur ki, erməni tərəfi nəticə çıxararaq, işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməlidir”.
Bu fikirləri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev qoşunların təmas xəttində baş verən dördgünlük müharibənin nəticələrini şərh edərkən bildirib.
Eks-nazir son hadisələrdən sonra düşmənlə informasiya müharibəsinin aparıldığını, ermənilərin qorxu içində olduğunu deyib:
"İnformasiya müharibləri çox önəmlidir. İkinci dünya müharibəsində də informasiya müharibəsi az rol oynamayıb. Ona görə də, ermənilər ümid edirlər ki, yalan danışmaqla nəsə əldə edəcəklər. Bu, mümkün deyil. Dördgünlük müharibə yalnız ermənilərə yox, bütün dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi”.
General-mayor D. Rzayevin sözlərinə görə, ordumuz Zakir Həsənovun rəhbərliyi altında daha da inkişaf edib: "Müdafiə naziri Zakir Həsənov bağlı fikirlərim çox yüksəkdir. İnanıram ki, Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan ordusu daha da inkişaf edəcək və yüksək nailiyyətlər qazanacaq. Onun potensiyalı yüksəkdir və savadlı bir sərkərdə kimi ordumuza rəhbərlik edir. Əgər bizim Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev Zakir Həsənovu nazir vəzifəsinə təyin edibsə, demək ki, o buna layiq adamdır. Mən Zakir Həsənovu lap əvvəldən tanıyıram. Biz onunla tədbirlərdə qarşılaşırdıq”.
Eks-nazir, həmçinin qeyd edib ki, son döyüşlər zamanı Azərbaycan ordusu şəhidlər versə də, illər sonra qələbə sevincini yaşa bildik:
"Müharibə şəhidsiz olmur. Tarixən bu belə olub, şəhid verməsən, qələbə qazana bilmərsən. Azərbaycan ordusu bu gün öz mövqelərində möhkəm dayanıb və hər an erməni təxribatına yüksək səviyyədə cavab verir. Bu gün ordumuz ən müasir silahlara malikdir. Əgər Ali Baş Komandan gün əmr versə, Azərbaycan ordusu öz sözünü deyəcək və torpaqlarımız işğaldan azad ediləcək”.
D.Rzayev qeyd edib ki, Ermənistan rəhbərliyi vəziyyətdən çıxmaq üçün yalan və gülməli iddialara əl atır:
"Ermənistanda vəziyyət çox ağırdır. Məhz bu səbəbdən onlar yalan informasiya ilə əhalini sakitləşdirməyə çalışırlar. Hər gün etiraz aksiyaları keçirirlər. Sarkisyanın istefası tələb olunur. Ermənilər artıq Qarabağın onlara lazım olmadığını başa düşürlər. Çünki Qarabağ Ermənistan torpağı deyil. Qarabağ Azərbaycana məxsusdur.
Sarkisyan 18 yaşına çatmamış gəncləri güllə altına göndərir. Bu da onların şəxsiyyətləridir. Əgər erməni generallarının, ordunun başında dayananların şəxsiyyətləri olsaydı, yalan danışmazdılar. Onlar birinci növbədə özlərini, daha sonra xalqı aldadırlar”.
General-mayor Mingəçevir su anbarının vuracaqları ilə bağlı düşmənin hədələrinə sərt reaksiya verib: "Bizim Hava Hücumundan Müdafiə Qüvvələrimizin hazırlıq səviyyəsi çox yüksəkdir. Buna görə də ermənilər heç vaxt Mingəçeviri vura bilməzlər. Ermənilər bilməlidirilər ki, biz onları məhv edərik. Biz də METSAMOR AES-i vurarıq. Amma biz heç vaxt ermənilərə qoşulub, belə ifadələr işlətmirik. Onsuz da həmin stansiya bütün Qafqaz, qonşu dövlətlərə qarşı bir təhlükədir. Biz ermənilər kimi şantajla məşğul deyilik. Hesab edirəm ki, əgər lazım gəlsə, Azərbaycan ordusu həmin atom elektrik stansiyasını vurar. Bu zaman ermənilər Azərbaycan ordusunun nələrə qadir olduğunu daha yaxşı başa düşər”.
azvision
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi