"Düşmən mənafeyinə xidmət etməyin!" - İcra Hakimiyyətindən sərt açıqlama

img

25-04-2016 [15:49]


"Bəzi kütləvi informasiya orqanlarında icra başçısı Vaqif Abdullayevin 10 aprel tarixində cəbhədə erməni təxribatının qarşısını alarkən şəhid olan rayon Bolsulu sakini Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində, şəhidin qohumları ilə mübahisə etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub".

Bu barədə Mia.az-a Beyləqan rayon İcra Hakimiyyətindən məlumat daxil olub.

Bildirilib ki, müqəddəs şəhid ruhu qarşısında belə yalan, təxribat xarakterli məlumatların yayılması ilk növbədə erməni "dəyirmanı"na su tökmək, düşmənə, onun mənafeyinə xidmət etmək məqsədi daşıyır:

"Rayon İcra Hakimiyyəti olaraq, qətiyyətlə bəyan edirik ki, icra başçısı Vaqif Abdullayev vətən toprağını qəhrəmancasına qoryarkən şəhid olan Bolsulu kənd sakini, Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində yüksək səviyyədə iştirak edib və orada, yas mərasimində hər hansı bir xırda mübahisə belə, olmayıb. İcra hakimiyyəti olaraq, həqiqəti əks etdirməyən bu tipli böhtan, təxribar tipli məlumatların yayılmasını sərt şəkildə qınayırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA