25-04-2016 [15:30]
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu gün parlamentin iclasında aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı erməni ordusunun çoxsaylı itkilərinə görə müdafiə nazirini və baş qərargah rəisini parlamentə çağırıb izahat istəməyi tələb edib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Baqratyan erməni ordusunun itkilərinin heç də Rusiyanın Azərbaycana satdığı silahlara görə olmadığını deyib.
"Bizim ona görə bu qədər itkimiz var ki, əsgərimiz axşam saat 8-dən sonra heç nə görmür, çünki gecəgörmə cihazları yoxdur. Bizim ona görə bu qədər itkimiz var ki, orduda adi rabitə vasitələri çatışmır, əsgərlər bir-biri ilə mobil telefonla əlaqə saxlayır və nəticədə hədəfə çevrilir. Əsgərlər hələ də 25 il əvvəlki köhnə rabitə vasitələrini istifadə edir” - keçmiş baş nazir bildirib.

Qrant Baqratyan deyib ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti yarıtmazdır.
"Siz hesab etmirsiniz ki, bu məsələ ilə lazımı qaydada məşğul olmalıyıq və müdafiə nazirini, baş qərargah rəisini izahat vermək üçün parlamentdə çağırmalıyıq?”- keçmiş baş nazir həmkarlarına üz tutaraq sual edib.
O, bildirib ki, orduya ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərcləndiyini aydınlaşdırmaq üçün müdafiə naziri hesabat verməlidir.
Hakim partiyadan vitse-spiker Eduard Şarmazanov isə Baqratyana cavab olaraq onun narahatlıqlarını səmimi qəbul etdiyini deyib, ancaq bildirib ki, bu cür məsələləri belə müzakirə etmək düzgün deyil.
Şarmazanov xatırladıb ki, aprelin əvvəlindəki döyüşlərdən sonra parlament qapalı dinləmələr keçirib, müdafiə nazirinin müavini dəvət olunub və bir çox məsələlər müzakirə edilib: "Müdafiə naziri bu məsələləri bizimlə müzakirə edərdi. Ancaq hesab etmirəm ki, məsələnin bu cür açıq müzakirəsi problemlərin həllinə imkan yaradacaq”.
Vitse-spiker deyib ki, Baqratyan istəsə parlamentdə keçirilən hökumət saatında bu sualları müdafiə nazirinə ünvanlaya bilər, yaxud hakim partiya onun Seyran Ohanyanla ayrıca görüşünü təşkil etməyə də hazırdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi