İlham Əliyev Milli Məclis sədrini qəbul etdi

img

25-04-2016 [14:12]


Prezident İlham Əliyev Belarus Respublikası Milli Məclisinin sədri Mixail Myasnikoviçi qəbul edib.

M. Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğulayıb.

Öz növbəsində, prezident İlham Əliyev son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini vurğulayıb.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayan dövlət başçısı bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirib.

Görüşdə dost və tərəfdaş ölkə olan Belarus ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyi qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA