25-04-2016 [14:09]
"Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Böyük toqquşmalar olmasa da, atəşkəs pozulur, snayperlərin atəş səsləri azalmır. Ümumiyyətlə 2-6 aprel tarixlərində baş verən döyüşlərdən sonra atəşkəsə riayət olunacağını vurğulamaq problematikdir".
Mia.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə tanınmış ekspert Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əgər yaxın iki ay ərzində danışıqlar başlamasa və bu danışıqlarda real nəticə olmasa, yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir.
O, söylədiklərini əsaslandırmaq üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olan 4 hadisəni göstərib:
"Birinci hadisə. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov ötən həftə ərzində bir neçə sensasiyalı açıqlama verdi. Sergey Markov birinci açıqlamasında dedi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Markovun ikinci açıqlaması isə bundan ibarət idi ki, ilin sonuna qədər azərbaycanlı qaçqınlar həmin 5 rayona geri qayıdacaqlar.
Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdən sayılır. Ona görə də Azərbaycanın siyasi və ekspert dairələrində onun Qarabağla bağlı fikirləri pozitiv qarşılandı. Markovun Kremlin istəklərini söylədiyini vurğulamaq çətindir. Məsələ burasındadır ki, Markovdan başqa Rusiyada heç bir rəsmi, diplomat və ya siyasi ekspert torpaqların boşaldılmasıyla bağlı bu qədər optimist deyil. Ancaq əgər Markov torpaqların boşaldılacağını deyirsə, onun bu açıqlamasının arxasında Rusiyada hansısa güclər dayana bilər. Həmin güclər Markov vasitəsilə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə və cəmiyyətlərinə mesaj göndərirlər. Mesajın mənası budur ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını sürətləndirə bilər. Ancaq bunun əvəzində Kremlin Azərbaycandan nə istəcəyək – sualına Markov hələ ki, cavab vermir. Görünür, yaxın müddətdə Kreml Markov vasitəsilə bu istəyini də səsləndirəcək.
Ikinci hadisə. Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini müzakirə edirlər. Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla daimi əlaqənin olmasını tələb edir. Bu sülh danışıqlarının da əsas mövzularından biridir. Eyni zamanda rəsmi Bakının da sülh danışıqlarında Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürməsi hüququ var.
Üçüncü hadisə. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 19 aprel sessiyasında Dağlıq Qarabağla bağlı vəziyyət müzakirə olundu. Müzakirələr azərbaycanlı və erməni deputatların qarşılıqlı ittihamları ilə yadda qaldı. Bu müzakirələrin ciddi bir nəticəsi olmadı. Çünki, yekunda AŞPA rəhbərliyi yenə də vurğuladı ki, münaqişənin həlli ilə ATƏT məşğul olur. Buna baxmayaraq, AŞPA həm Azərbaycana, həm də Ermənistana müraciət edərək, hər iki tərəfi atəşkəsə riayət etməyə çağırdı. Bu çağırışın Azərbaycan üçün əhəmiyyəti yoxdur. Çünki, AŞPA Dağlıq Qarabağla bağlı qəbul etdiyi 2 qətnaməni Ermənistanın yerinə yetirilməsinə nail ola bilmir. AŞPA Azərbaycan üçün sadəcə, mövqeyini çatdırmaq üçün bir siyasi meydandır.
Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışdı. Türkiyənin baş naziri ərazi bütövlüyünün təmin olunması məsələsində Ankaranın Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcəyini dedi. Əhməd Davudoğlu çıxışında bir cümlə ilə Naxçıvanı da xatırlatdı. O, Ermənistan ordusunun Naxçıvana atəş aşmasını təhlükəli adlandırdı. Davudoğlunu Naxçıvanı xatırlatmaqla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj göndərdi. Mesajın mənası odur ki, Ermənistan Naxçıvana atəş alltında tutmağa davam edərsə Türkiyə 1921-ci il Qars müqaviləsidən çıxış edərək prosesə qarışmalı – Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görməli olacaq. Bəlkə də bunun nəticəsidir ki, Ermənistan ordusu son günlərə artıq Naxçıvan ərazisinə atəş açmır.
Dördüncü hadisə. Ermənistan prezidenti Serj Sərkisyan aprelin 19-da Dağlıq Qarabağın paytaxtı Xankəndinə gəldi. Ermənistan prezidentinin Xankəndinə gəlməsində iki məqsədi var idi. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə dəstək vermək idi. Yəni Sərkisyan Xankəndində olmaqla sanki Dağlıq Qarabağın erməni əhalisinə demək istəyirdi ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Əslində bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun.
Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkmək idi. Yəni Sərkisyan ona ümid edirdi ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşəcək və o bunula beynəlxalq aləmə deyəcəkdi ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozub. Ancaq Azərbaycan ordusu Sərkisyanın Xankəndində olduğu müddətdə atəşkəsi pozmadı və bununla Sərkisyan ikinci məqsədinə də nail olmadı.
Serj Sərkisyan Xankəndində separatçıların rəhbərliyi ilə qapalı müşavirə keçirib helikopterlə Ermənistana qayıtdı. Onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq, generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verməklə Sərkisyan heç bir problemi həll edə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti də anlamağa başlayıb".
Ekspert bildirib ki, Ermənistanın ordu komandanlığı başqa təxribatlara əl atır. Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirə bilər:
"Mingəçevir su elektrik stansiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq. Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərərsə, bu halda nə baş verəcək?
Birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vuracaq. Hətta Ermənistanın "Metsamor” atom elektrik stansiyası da hədəf götürülə bilər.
İkincisi, Mingəçevir su elektrik stansiyasına raket zərbəsindın sonra Azərbaycan ordusu Dağlıq Qarabağ iqtiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq.
Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi