"Qızımın heç xarici pasportu belə yoxdur" - İcra başçısından övladı haqda yayılan xəbərə reaksiya

img

25-04-2016 [13:18]


"Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib".

Mia.az Axar.az-a  istinadən xəbər verir ki, bunu Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov qızı barədə yayılan məlumata münasibət bildirərkən deyib.

Başçının sözlərinə görə, mediada yayılan bu xəbərə görə Prezident Administrasiyasına da məlumat verib:

"Bu barədə Prezident Administrasiyasına da məlumat vermişəm. Qızımın heç xarici pasportu belə yoxdur. Gəncə Dövlət Universitetində oxuyub, ailə qurub, hazırda da Gəncə şəhərində yaşayır. Evdar qadındır, 3 uşaq anasıdır. Qızım bir dəfə də olsun ABŞ-da olmayıb. Nəinki ABŞ-da, heç indiyəcən Bakıya da gəlməyib.

O xəbəri yayanlar hansı əsasla mənə və ailəmə qarşı böhtan atırlar?

Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürəm”.

Xatırladaq ki, Modern.az ABŞ-da yaşayan icra başçılarından birinin (adı qeyd olunmayıb) qızının ziyafət verməsi ilə bağlı məlumat yayıb. Xəbərə görə, təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara ABŞ-da dollar qonaqlığı verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əsginazlar düzülüb.

Bəzi saytlar isə bu xanımın Kəlbəcər rayon icra başçısı Aqil Məmmədovun qızı olması barədə informasıya yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA