Nərgiz Pazayeva: ?Azərbaycanda təhsilin əsas problemi daxili mexanizmin yoxluğudur?

img

30-03-2010 [02:34]


?Azərbaycanda bəzi hallarda təhsilin səviyyəsi ikinci plana keçir, birinci planda isə formal diplom alınması dayanır?. Bu fikirləri Day.Az-a müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycanın əməkdar elm xadimi, ÜNS teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva deyib. Onun sözlərinə görə, keyfiyyətli təhsil monolit, sistemli prosesdir və az qala uşaq bağçasından başlayır. Nərgiz Paşayevanın fikrincə, Azərbaycanda təhsilin əsas problemi ?daxili vicdan? da adlandırıla biləcək daxili mexanizmin yoxluğudur: ?Buna daxili mənəvi dəyərlərin itirilməsi səbəb ola bilər. İnsan həmişə vicdanının səsi ilə hərəkət etməlidir. Hər bir adamın öz vətəndaş mövqeyi olmalıdır. Baxmayaraq ki, bu mövqeyi qiymətləndirəcəklər, ya yox, tərifləyəcəklər, yoxsa yox. Vətəni sözdə, reklam, şüar səviyyəsində yox, əməldə sevmək və hörmət etmək lazımdır?. Nərgiz Paşayeva cəmiyyətdə keçmiş sovet təhsil sisteminin müasir sistemdən daha üstün olması ilə bağlı dolaşan fikirlərə də münasibət bildirib: ?Sovet sistemi keçmiş alman sistemidir və Avropadan götürülmüşdü. Onun nəyi yaxşı idi? Onda daha çox intizam var idi, ?repetitorluq institutu? o qədər də inkişaf etməmişdi. Bütövlükdə isə mən düşünmürəm ki, o, hazırkı sistemdən yaxşı idi. Hazırkı təhsil sistemi daha düzgün, səmimi və məzmunludur? -deyə professor bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA