25-04-2016 [11:16]
Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaranasa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.
Mia.az savash.org-a istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara dəstək verilməsinin vacibliyini dəfələrlə vurğulasa da, Muxtarov bu tapşırıqları gözardı edir.
Görünür elə bu yarıtmaz idarəçiliyin nəticəsidir ki, Hacıqabul sosial-iqtisadi inkişaf göstəricilərinə görə digər ətraf rayonlardan geri qalır, burada işsizliyin səviyyəsi yüksək, əhalinin məşğulluğu və sosial müdafiəsi isə çox aşağı səviyyədədir. Bu öz yerində, indi isə Hacıqabul RİH başçısının daha bir qazanc mənbəyi haqda məlumat verək.
Məlumata görə, Əhməd Muxtarov hər şeydən pul çıxartmağın ustası kimi ad çıxarıb. Onun rayondakı məktəb və idarələrə ölkə prezidentinin portretlərini 25-100 manat aralığında, məcburi qaydada satdırması da məhz bu "istedadın” parlaqlığının göstəricisidir. Amma mövzumz heç məcburi qaydada satdırılan portretlər də deyil.
Bilindiyi kimi, Maliyyə Nazirliyi rayon və şəhər icra hakimiyyətlərinin büdcəsinə hər bir rayon (şəhər) əhalisinin sayı qədər, adambaşına 1 manat olmaqla, illik ödəmə həyata keçirir. Formalaşan bu büdcə rayon icra hakimiyyəti başçısının şəxsi nəzarətinə verilir və yerli rəhbərlər həmin vəsaitin xərclənməsində bir növ sərbəst olurlar. Belə ki, icra başçısı həmin pulu məqsədəuyğun bildiyi sahə üzrə xərcləməkdə sərbəstdir.
İllərdir ki, Hacıqabulun icra başçısı Əhməd Muxtarovun həmin vəsaiti hara xərclədiyini özündən başqa bilən yoxdur. Düzdür, bununla bağlı Maliyyə Nazirliyinə guya pulun filan problemin həllinə səfərbər edilməsi haqda yalançı hesabatlar göndərilir, amma hatta səthi yoxlama belə bu hesabatların saxtalığını ortaya çıxartmağa yetərli ola bilər.
Qeyd edıək ki, Hacıqabul rayonunun 68 min əhalisi var, Əhməd Muxtarov isə 10 ildir ki, adıçəkilən rayonun icra başçısıdır. Onun bu illər ərzində təkcə bu maxinasiyadan nə qədər qazandığını isə 3-cü sinif şagirdi də hesablaya bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi