Memarlıq və inzaat Universitetində qanlı olay

img

30-03-2010 [02:24]


Bu gün səhər saatlarında Təhsil Nazirliyinin Memarlıq və İnşaat Universitetində qanlı hadisə baş verib. Məlumata görə, universitetin Memarlıq fakultəsinin 2-ci kurs tələbəsi, 19 yaşlı Ramazan Sabir oğlu İbiyev səhər saatlarında naməlum şəraitdə universitetin girişində bıçaqlanıb. Təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralı cərrahiyyə şöbəsinə aparılaraq əməliyyat olunub. Xəstə müayinə olunarkən ona sol çiyin, sol baldır, həmçinin qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda əməliyyat davam edir. Universitetin Memarliq fakultəsinin dekan müavini Əyyam Hüseynov hadisənin səhər tələbələrin dərsə gələn saatlarda baş verdiyini bildirib(ans). Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində qeydə alındığı məlum olub. Belə ki, Ramazan İbiyev səhər qrup yoldaşı olan xanımla dərsə gələrkən naməlum şəxslərlə aralarında münaqişə yaranıb. R. İbiyevin həmin şəxslərlə mübahisə etməsi sonda onun bir neçə bıçaq zərbəsi alması ilə nəticələnib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA