24-04-2016 [22:25]
Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlu redaksiyamıza müraciət edərək Zardab rayon polis şöbəsindən şikayət edib.
Müraciət edən Fariz Əzimzadə qeyd edir ki, yerli polis dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı tədbir görmək istəmir: «Öncə onu qeyd edim ki, mən, dayım Abdullayev Vahid Əlisaab oğlu 02.09.2014-cü ildə İsgəndərli Orxan Yaşar oğlu və onun atası İsgəndərli Yaşar Talıbxan oğlu ilə üç aylıq müqavilə bağladıq. Müqaviləyə əsasən 30 min manatı Orxan İsgəndərliyə verdik. Müqavilə müddəti başa çatdıqdan sonra Orxan İsgəndərli pulu qaytarmayıb. Yalnız 01.12.2014 tarixində borcun 6500 manatını qaytardı, lakin xeyli müddət keçsə də, 23500 manatı qaytarmaq istəmir. Onu da nəzərə çatdırım ki, Orxan İsgəndərli Nəriman Əzizov adlı şəxsdən də 10500 manat alıb, onu da qaytarmayıb. Yəni, üç nəfərdən dələduzluqla pu alıb qaytarmayan biri ilə bağlı hansısa addımlar atmaq istəmirlər”.
F.Əzimzadə onu da qeyd edim ki, məsələylə bağlı Zərdab rayon polis şöbəsinə dəfələrlə müraciət etsələr də, İsgəndərli Orxanla bağlı hər hansı bir cinayət işi açılmır: «Birinci dəfə məsələyə Zərdab rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Bilal Nuriyev baxdı, amma heç bir nəticə olmadı. Sonra işi başqasına verdilər. Rəis köməkçisi Nadir Teymurov işə baxdı, amma onun da fəaliyyəti qənaətbəxş olmadı. Artıq neçə müddətdir ki, müraciət etməyimizə baxmayaraq, üç adamın pulunu alan və sonra qaytarmayan şəxsə gözün üstə qaşın var deyən yoxdur. Bununla bağlı polis rəisi Məmməd Hüseynovun qəbulunda olduq. O da qəribə bəhanə gətirdi. Bildirdi ki, İsgəndərlilər ailəsi müxalifətçi olduğu üçün onun barəsində cinayət işi açmaq istəmirlər, çünki bu, onlara əlavə problem yarada bilər. Guya dələduzluğa görə cinayət işi açılsa, onlar Avropa Şurasından tutmuş digər beynəlxalq təşkilatlara müraiət edəcəklər və bu da başağrısı olacaq. Düzü, bu yanaşmanı anlamırıq».
Fariz Əzimzadə bildirir ki, özünü müxalifətçi elan edən bu şəxslər məhkəmə qərarını icra etmədikləri kimi, məhkəmə icraçılarını da şantaj edirlər.
İsgəndərli Orxan Yaşar oğlu "Organik” MMC-nin direktorudur. Atası Yaşarın və özünün sosial media hesablarından dəfələrlə Azərbaycan Prezidenti də daxil olmaqla, dövlət rəhbərliyi haqqında kəskin ifadələr işlətdikləri halda polisin onlara bu isti münasibətinin səbəbi qaranlıqdır(yenicag.az).
Mövzuya qayıdacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi