24-04-2016 [21:28]
Bu gün Bakının Nəsimi rayonunda yerləşən Zorge parkında xüsusi izdiham var idi. Bu izdihamın əsas səbəbi isə mütaliə idi. Yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmağı hədəfə alan "Oxu günü 2” layihəsində yazarlar, tanınmış insanlar, ziyalılar və gənclərdən ibarət yüzlərlə insan iştirak etdi. Bəli, parkda ilk dəfə yüzlərlə insan birarada mütaliə etdi, bir-birinə hədiyyə olaraq kitab bağışladı.
Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və "Hədəf” nəşrlərinin təşkilatçılığı ilə keçirilən "Oxu günü 2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, "Medika Hospital”, "Qlobal Karyera” İnstitutu, "ASAN Könüllüləri” və "Hədəf” kursları təşkilati dəstək verib. Layihənin informasiya dəstəkçiləri isə Mədəniyyət kanalı, ASAN radio, Trend xəbər agentliyi və Senet.az ədəbiyyat dərgisidir. "Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil edilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edib.
Azərbaycan Respublikasının dövlət himinin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Himn Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayəti ilə səsləndirilib. Daha sonra festivalın ideya müəllifi və layihə rəhbəri Şəmil Sadiq çıxış edərək tədbirin məqsədləri barədə danışıb, tədbirin keçirilməsində dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov da tədbir iştirakçılarını salamlayıb, bu cür tədbirlərin keçirilməsinin uşaqların, gənclərin biliklərini artırmasındakı əhəmiyyətini qeyd edib, hər kəsi kitab oxumağa səsləyiblər.
Tədbirdə həmçinin xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas, digər yazıçılardan İlqar Fəhmi, Müşfiq XAN, şairə Zərəngiz Dəmirçi Qayalı, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlu öz oxucuları ilə həmsöhbət olublar.
Layihənin dəstəkçilərindən olan "ASAN-radio" və "ASAN könüllüləri"nin iştirakı ilə maraqlı flaşmob təşkil edilib: hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub.
Tədbirin ən əhəmiyyətli və maraqlı aksiyalarından biri də "Əsgərə kitab” olub. Aksiyada məqsəd əsgərlərimizin də "Oxu günü” layihəsinin iştirakçısı olduqlarını bildirmək və onların da mütaliəyə cəlb olunmasını təmin etməkdir. Bu məqsədlə ayrılan stendə çox sayda kitablar hədiyyə edilib və onların üzərində isə əsgərlərimizə ünvanlanan ürək sözləri qeyd olunub.
Toplanan kitablar Müdafiə Nazirliyinin dəstəyi ilə müxtəlif hərbi hissələrin kitabxanlarına göndəriləcək. Bir-birinə hədiyyə edilən, əsgərlərə göndərilən kitablar, müxtəlif nəşriyyatlar, təhsillə bağlı müxtəlif layihələrin təqdimatlarının keçirilməsi isə tədbirin məqsədinin genişliyindən xəbər verir.
Tədbir bədii hissə ilə davam edib.
Müğənni Şəmistan Əlizamanlının ifasında gözəl mahnılar səsləndirilib, yeni fəaliyyətə başlamış "M-teatr”ın səhnəciyi nümayiş edilib, Nəsimi rayonundakı məktəblərin, mədəniyyət mərkəzlərinin, uşaq evlərinin yeniyetmə sənətçiləri konsert proqramı ilə çıxış ediblər.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi