"...Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq" - Ermənilərə kəskin xəbərdarlıq

img

24-04-2016 [18:19]


Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə Azərbaycan Müdafiə Nazirliyi cavab verib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, "S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq".

Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həll yolu işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır: 

"Əks təqdirdə, Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA