24-04-2016 [16:13]
"Türkiyə tənqid və söz azadlığına hörmətlə yanaşır, lakin, söz azadlığı kimi qələmə verilən təhqirlər qəbuledilməzdir”.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermanslə Qazıantepdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz Avropanın bir hissəsiyik və söz azadlığı bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz, söz azadlığı ilə bağlı məsələlər də daxil olmaqla, istənilən mübahisəli məsələləri müzakirə edə bilərik. Lakin, bizə yuxarıdan baxılırsa, biz bunu qəbuledilməz hesab edirik. Biz son iki ildə dörd dəfə ciddi seçkilər keçirdik. Biz bu müddət ərzində mətbuatda güclü tənqidə məruz qaldıq. Və biz tənqidə hörmətlə yanaşdıq – heç kim deyə bilməz ki, bizdə mətbuata təzyiq olunub”, – deyə Davudoğlu bildirib.
Davudoğlu qeyd edib ki, təhqirlərin söz azadlığı kimi qələmə verilməsi qəbuledilməzdir: "Avropa ölkəsində bizim prezident təhqir olunur. Bunu necə sakit qəbul etmək olar? Bu təhqirin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Biz bu mövzunu Aİ-dəki dostlarımızla müzakirə etməyə hazırıq. Mən avropalı həmkarlarıma bildirmişəm ki, onların ölkələrinə milliyyətçi yanaşmalar mövcuddur. Biz istənilən qədər diskussiyalar apara bilərik, lakin heç kim daim, sanki imtahanda olduğu kimi, Türkiyədən söz azadlığının durumunu sorğu-sual edə bilməz”.
Qeyd edək ki, martın sonunda televiziya aparıcısı Yan Bemerman ZDF telekanalında yayımlanan verilişdə Türkiyə hakimiyyətini tənqid edərək, prezident Rəcəb Tayyib Ərdoğan haqda təhqiredici satirik şeir oxuyub.
Buna cavab olaraq Türkiyə hökuməti Berlinə nota təqdim edərək, Ərdoğanı təhqir edən aparıcını cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Ərdoğan məsələ ilə bağlı şəxsən Almaniyanın Mayns şəhərinin prokurorluğuna ərizə ilə müraciət edib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi