BMT-nin baş katibi İlham Əliyevə zəng etdi, Qarabağdan danışdı...

img

23-04-2016 [22:54]


Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mia.az xəbər verir ki, BMT-nin baş katibi Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müəyyən qlobal hadisələr səbəbindən iştirak edə bilməyəcəyi ilə bağlı təəssüfləndiyini bildirib, Forumun işinə uğurlar arzulayıb və tədbir zamanı videomüraciətini səbirsizliklə gözlədiyini söyləyib.

Prezident İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib, ölkəmizin BMT ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA