Rabitə naziri daha bir rəisi işdən çıxardı - Vətəndaşları aldatdığına görə

img

23-04-2016 [14:08]


Sabunçu Telefon Qovşağının Marketinq xidmətləri satış şöbəsinin rəisi Cəfərov Mehti və Texniki şöbənin 9-cu dərəcəli böyük eloktromexaniki Əlizadə Natiq vəzifəsindən azad edilib.

Mia.az-ln Trend-ə istinadən verdiyi məlumata görə, onların işdən azad olunmasına səbəb fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlar olub.

Adları qeyd olunan şəxslər telefon çəkdirmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərməkdən imtina ediblər. Texniki imkanlar mövcud olduğu halda telefon çəkilişinin mümkün olmadığını söyləyiblər.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən aparılan araşdırma zamanı, məlumatın yalan olduğu üzə çıxıb və vətəndaşların müraciəti təmin olunub. Vətəndaşlara öz maraqları naminə saxta məlumat verənlər isə işdən azad olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA