22-04-2016 [23:38]
"Ermənistanla sərhədlərin və kommunikasiyaların açılması qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addımdır”.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov "Vestnik Kavkaza” nəşrinə müsahibəsində Rusiyanın son sülh təşəbbüsünü bir daha şərh edərkən deyib.
Onun sözlərinə görə, "Kazan formulu” da elə budur: "Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir – hansı ki, Ermənistana sərfdir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. "Kazan formulu” daha böyük ehtimalla reallaşacaq”.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri bu formula düzəliş eləməyə çalışacaqlar ki, dinc nizamlanmada təkcə Rusiya iştirakçı olmasın: "Məsələ yalnız bu formulun bir sıra konkret parametrlərini razılaşdırmaqla bağlıdır. Birinci – neçə rayon qaytarılmalıdır. Ermənistan Dağlıq Qarabağı onunla birləşdirən Laçın rayonunu saxlamaq şərtilə 5 rayon təklif edir. Azərbaycan isə 6 rayon, üstəgəl, Laçının bir hissəsində təkid edir. Praktik problemlərdın biri budur”.
Ekspert daha sonra deyib: "Bundan əlavə, hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır: "Ancaq bununla bağlı sənədin preamblua hissəsində gələcəkdə referendum keçiriləcəyi ilə bağlı qeyd olmalıdır. Detallarla bağlı diskussiya olacaq. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın. Ermənistan isə deyir ki, "Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?” Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, "beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər. İkinci praktik problem budur”.
Politoloq ümumən, Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneənin İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsi ilə bağlı olduğunu deyib.
"Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan ümumiyyətlə, bu kompromislər üçün elə də "əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”, - deyə Markov işğalçı tərəfə xəbərdarlıq edib.
"Yox, danışıqlar uğurlu olsa, regionda gərginlik azalacaq, onun iqtisadi resursları böyüyəcək” – politoloq qeyd edib.
"Bu, həmçinin, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə daha intensiv əməkdaşlığına zəmin yaradacaq. Sadalananlara yanaşı, nizamlama insanların daha intensiv yerdəyişməsinə stimul verəcək və bölgədə Rusiyanın təsirinin müəyyən dərəcədə artmasına gətirəcək” – politoloq əmindir.
Putinin danışmanının dəyərləndirməsinə görə, Qərbin aktual danışıqlarda konstruktiv rolu prosesə müdaxilə etməməkdən ibarət ola bilər: "Bildiyimiz kimi, ABŞ başqa təşəbbüslərə qarşı dözümlü deyil. Odur ki, Amerika tərəfdən prosesi tormozlayan təkliflərin olması mümkündür. Bu xüsusda Vaşinqtonun konstruktivliyi yalnız o olardı ki, "Kazan formulu”nun reallaşması yolunda təkərlər arasına ağac salmasın”.
"ABŞ və Fransadan fərqli olaraq, Rusiyada güclü erməni diasporu ilə yanaşı, güclü Azərbaycan diasporu da var – hansı ki, bir-birini tarazlayır. Bu da Rusiyaya imkan verir ki, Qarabağ məsələsində daha balanslı mövqe tutsun. ABŞ-ın prosesə müdaxiləsi ilk növbədə Amerikadakı erməni lobbisinin müdaxiləsi şəkilində olacaq - hansı lobbi ki, məsələdə Ermənistandakı toplum və hakimiyyətdəki "Qarabağ klanı”ndan da radikal mövqe sərgiləyir” - əlavə edib rusiyalı politoloq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi