MTN-in 4 əməkdazına general-mayor ali hərbi rütbəsi verilib

img

30-03-2010 [04:35]


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbəsinin verilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, Əsədullayev Ədalət Hüseyn oğlu (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Quliyev Elçin İbrahim oğlu (Antiterror Mərkəzinin rəisi), Şıxəliyev Mövlam Məmmədismayıl oğlu (İstintaq Baş İdarəsinin rəisi) və Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası rəisinin tədris işi üzrə birinci müavini Sultanov Şahin Sultan oğluna general-mayor ali hərbi rütbəsi verilib. Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, habelə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Şəfiyev Əli Sabir oğlu, Bağırov Namiq Sahib oğlu 3-cü dərəcəli ?Vətənə xidmətə görə? ordeni, Rzayev Ceyhun Fərzalı oğlu, Yaqubov Məzahir Şahbala oğlu, Axundov Vaqif Tofiq oğlu, Vəliyev Pərviz Şamir oğlu və Babayev Arif Vaqif oğlu ?Vətən uğrunda? medalı, Vahabov Fərhad Hüseyn oğlu , Həmidov Nizaməddin Baba oğlu , Həsənov Şahin Məmmədrəhim oğlu və Əliyev Elsevər Həsən oğlu ?İgidliyə görə? medalı, Qurbanov Sübahir Xalıq oğlu, İsmayılov Allahverən İbiş oğlu, Əkbərov Qədir Qurban oğlu, Hacıyev Tofiq Əkrəm oğlu, Mustafayev Kamran Əhməd oğlu və Hacıyev Rəhim Tarix oğlu ?Hərbi xidmətlərə görə? medalı ilə təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA