22-04-2016 [16:18]
Qarqar çayında 5 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərləşdirilib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə aprelin 7-dən 22-dək Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.
Cəbhəboyu rayonlarda aparılmış işlərlə bağlı vəziyyət açağıdakı kimidir:
Tərtər rayonu
Qapanlı kəndi -93 ev və həyətyanı sahəyə, 109 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənıb. Bununla yanaşı, partlamamış 3 ədəd 85 mm-lik top mərmisi, 7 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb.
Qarağacı kəndi -15 ev və həyətyanı sahəyə və 15 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib.
Qaradağlı kəndi -24 ev, 36 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib.
Əskipara kəndi -4 ferma və 10 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.
Şıxarx kəndi-1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.
Cəmi: 132 ev və həyətyanı sahə, 172 partlayış yeri, 4 ferma, 3 əkin sahəsi, 42 ədəd partlamamış hərbi sursat
Ağcabədi rayonu
Yuxarı Qiyaməddinli kəndi -1 ev və həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olub.
Mirzəhaqverdili kəndi -1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamış sursatın qalıqları təmizlənıb.
Cəmi: 2 ev və həyətyanı sahə, 1 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat
Ağdam rayonu
Təzəkənd kəndi -7 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib.
Orta Qərvənd kəndi -1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib.
Çıraqlı kəndi -4 ev və həyətyanı sahə və 4 partlayış yerinə baxış keçirilib, partlamış sursatın qalıqları götürülüb.
Mahrızlı kəndi -15 ev və həyətyanı sahəyə baxış keçirilib, qrad mərmilərinin partlamış hissələri çıxarılıb.
Əfətli kəndi -8 ev və həyətyanı sahəyə baxış keçirilib, torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb. Kənddən keçən Qarqar çayında 5 ədəd PMN aşkar olunaraq zərərləşdirilib.
Ballar kəndi -4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Ergi düzü -1 fermaya baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.
Evoğlu kəndi -4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Baharlı kəndi -1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Yusifcanlı kəndi -1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.
Cəmi: 35 ev və həyətyanı sahə, 46 partlayış yeri, 1 ferma, 3 ədəd partlamamış hərbi sursat və 5 ədəd PMN
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi -123 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbinin ərazisi yoxlanılıb, 130 partlayış yerindən sursatların qalıqları çıxarılıb. 2 ədəd partlamamış 100 mm-lik, 1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar olunaraq zərərsizləşdirilib.
Qaxdud kəndi -2 ev həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.
Cəmi: 125 ev və həyətyanı sahə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 132 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat
Füzuli rayonu
Mirzənağılı kəndi -5 ev və həyətyanı sahə, 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik minaatan mərmi aşkar edilib.
Qazaxlar kəndi -3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib.
Əhmədalılar kəndi -7 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.
Horadiz şəhəri -şəhər və ətrafında 84 partlayış yerinə baxış keçirilib, 81 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.
Cəmi: 15 ev, 95 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat
Tovuz rayonu
Qədirli kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz rayon polis şöbəsinin 15 aprel 2016-cı il tarixli 2108 nömrəli məktubuna əsasən).
Cəmi: 1 ev, 84 ədəd partlamamış hərbi sursat
Ümumilikdə, Agentlik tərəfindən 7 aprel tarixindən 22 aprel 2016-cı il tarixinə kimi Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi