Azay Quliyev yenidən sədr oldu - QHT Şurasında yeni təyinatlar

img

22-04-2016 [16:10]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 

Şuradann Mia.az-a daxil olan məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb və Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib: "Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib".

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir  Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova,  Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev,  Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA