22-04-2016 [14:46]
"SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti Samir Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müşaviri vəzifəsinə təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə Report-a SOCAR Turkey Energy”nin Kommunikasiya Departamentindən məlumat verilib.
Departamentdən bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq kapital bazarlarının yaratdığı imkanlardan istifadə etməklə, SOCAR qrupuna daxil olan qurumlar üçün əlavə dəyər yaradacaq layihələrin idarəetmə mexanizmlərinin formalaşdırılması zərurətini nəzərə alaraq SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər şirkətin prezidentinin müşaviri Samir Kərimova həvalə edilib.
"SOCAR dünyanın neft-qaz bazarlarında cərəyan edən prosesləri yaxından izləməklə bu bazarda mövcud mövqeyini qorumaq və daha da yaxşılaşdırmaq istiqamətində zəruri addımlar atır. Bu məqsədlə Samir Kərimov SOCAR-ın təsisçiliyi ilə yaradılmış və yaxud SOCAR-ın nizamnamə kapitalında birbaşa və yaxud dolayı yolla paya sahib olan hər hansı bir qurumun kapital bazarları ilə bağlı strategiyalarını müəyyən etmək və onların həyata keçirilməsini təmin edəcək”, - "SOCAR Turkey Energy”dən bildirilib.
Ayrıca, beynəlxalq kapital bazarları ilə əlaqədar layihə qrupu SOCAR Qrupu ilə maraqlanan bütün investorlar və fondlar ilə görüşlər təşkil etmək, danışıqlar həyata keçirmək, bu qurumların investorlar tərəfindən lazımi şəkildə tanınması üçün müvafiq tədbirlər görməklə də məsul olacaq.
SOCAR-ın prezidenti tərəfindən verilmiş səlahiyyətlərə uyğun olaraq, SOCAR Qrupu adına beynəlxalq birjalarda səhm və digər qiymətli kağızların alqı-satqısı və s. formada mübadilə əməliyyatlarını həyata keçirmək, IPO və kapital bazarlarındakı digər fəaliyyətlərlə bağlı müvafiq ölkələrin tənzimləyici qurumları ilə münasibətləri və əlaqələri qurmaq və idarə etmək məsələləri də kapital bazarları üzrə layihə rəhbəri S.Kərimova həvalə olunacaq.
Qeyd edək ki, S.Kərimov 2010-cu ildən "SOCAR Turkey Energy"nin I vitse-prezidenti olub. Bundan əvvəl, ABŞ-da Hyuston mərkəzli "Universal-Pegasus Holding”də beynəlxalq biznesin inkişafı üzrə əlaqələndirici olaraq fəaliyyət göstərən S.Kərimov Şimali Amerika, Şimali Afrika, Orta Şərq, Orta Asiya və Hindistanda müxtəlif layihələrin icrası ilə məşğul olub.
Enerji sektorundakı kariyerasının təməlini ABŞ-dakı Hyuston Universitetinin nəzdində yer alan Qlobal Enerji İdarəçiliyi İnstitutunda alan S.Kərimov MBA dərəcəsini Luiziana ştatındakı MakNizi Universitetində biznes idarəçiliyi üzrə, ali təhsilini isə İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi