Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

22-04-2016 [12:48]


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada gündüz mülayim cənub küləyinin arabir güclənəcəyi ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qisamüddətli yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA