FHN-nin təyyarəsi yola düşdü – İtkin düşmüş neftçinin meyiti Vətənə gətirilir

img

22-04-2016 [12:32]


Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Mia.az FHN-ə istinadən xəbər verir ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA