22-04-2016 [12:00]
Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan hərbçilərimizdən biri kəşfiyyatçı Samid İmanovdur.
Mia.az xəbər verir ki, ANS-in əməkdaşları Neftçala rayonu Həsənabad qəsəbə sakini şəhid Samid İmanovun ailəsinin qonağı olub.
Şəhidin atası Gülağa İmanov oğlu ilə fəxr etdiyini, onun mərdliyi ilə qürur duyudğunu bildirib: "Oğlumun adını Samid qoymuşdum. Elə düşmənin qarşısında da Samid kimi, mərd dayandı".
Adının mənasını həyatının şüarı seçən şəhid kəşfiyyatçımız, başını dik tutdu, zirvəyə ucaldı. Ən yüksək zirvəyə, şəhidlik zirvəsinə. Bu yolda o, qarşısına çıxan bütün maneələri aşaraq yalnız valideynlərinin deyil, həm də vətəninin, doğma torpağının etimadını doğrultdu.
Hələ məktəbdə oxuyarkən vətənpərvərliyi ilə həmyaşıdlarından seçilən Samid hər zaman deyərdi ki, insan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də gərək şərəflə gedəsən. Şəhid olmağı, vətəninə canını fəda etməyi sanki həyat amalına çevirmişdi.
2003-cü ildə Azərbaycan ali hərbi məktəbini bitirdikdən sonra, Türkiyə, Pakistan, İsveçrə və Rumıniya kimi ölkələrdə bir sıra kurslara və təlimlərə qatılır. 2004-cü ildən etibarən xüsusi təyinatlı qüvvələrdə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edir.
Şəhidin bacısının yoldaşı, İlqar Sadıqov Samidin sakit, təmkinli insan olduğunu, ona verilən suallara yalnız bəli, xeyrlə cavab verdiyini söylədi:
"Heç vaxt sirr verməzdi. Mən çalışırdım bu son əməliyyatlarla bağlı nə isə soruşum, bir hüquq-mühafizə orqanının əməkdaşı kimi mənə də heç nə deməzdi. Elə yayındırardı. Bircə deyirdi ki, hər şey yaxşı olacaq, torpaqları alacağıq. Gələcək nəslə qoymayacağıq”.
Mayor Samid İmanov xidmət müddəti ərzində müdafiə naziri tərəfindən 6 medalla təltif edilib. Şəhidimizdən 2 yaşlı qızı və 2 aylıq oğlu yadigar qalıb.
Qeyd edək ki, mayor Samid İmanov prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sərəncamla Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi