22-04-2016 [11:55]
Qarabağ münaqişəsi ilə bağlı indiyədək aparılan danışıqlarda - irəli sürülən həll variantlarında Laçın dəhlizinin neytral zona olaraq Dağlıq Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün ayrılması şərti qoyulur. Ermənistan bu şərtin üzərində həmişə israr edir. Azərbaycan bunun əvəzində Mehri dəhlizi məsələsini qaldırmalıdırmı?
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Naxçıvanda Dağlıq Qarabağda yaşayan ermənilərdən iki-üç dəfə çox azərbaycanlı yaşayır.
Azərbaycan həmin vətəndaşlarına tarixi Azərbaycan torpağı olan Mehridən birbaşa gediş-gəliş üçün dəhliz ayrılmasını qaldıra bilərmi?
YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, Laçın dəhlizi məsələsi ermənilərin daim üzərində təkid etdikləri şərtdir. Onlar deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst gediş-gəlişi Laçın dəhlizi vasitəsilə təmin edilməlidir. Azərbaycan da hələ 1990-cı illərdə sülh danışıqlarında Mehridən Naxçıvana dəhliz məsələsini gündəmə gətirib.
Danışıqlarda vaxtilə bu məsələ olub: "Hətta o zamanlar bir ”Qobl variantı"nda da Laçın dəhlizinin güzəştinin əvəzinə Mehri dəhlizinin güzəştə gedilməsi məsələsi əksini tapmışdı. Ermənilər o dövrdə və sonrakı illərdə özlərini güclü sayırdılar, ona görə də bu cür təklifləri qəbul etmirdilər. Birmənalı güzəştsiz mövqedə qalırdılar. Onlarda bir düşüncə var idi ki, Azərbaycan uzun müddət dözəcək və işğal faktı ilə barışıb Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu özündən müştəbehlik Ermənistanı nəinki Mehri məsələsində, hətta Dağlıq Qarabağın ətrafındakı işğal altındakı bircə rayonun da geri qaytarılması təklifini rədd etməyə sövq eləyirdi. Lakin artıq vəziyyət dəyişib, Azərbaycan ordusu aprelin əvvəlində öz gücünü göstərdi və Ermənistana yerini göstərdi. Bundan sonra Ermənistan güzəşt mövqeyinə keçməyəcəyi halda daha sarsıdıcı zərbə alacağına əmindir. Odur ki, danışıqlarda Mehridən Naxçıvana dəhliz verilməsi variantını qəbul etməyə hazır olmalıdırlar. Ermənistan bilməlidir ki, budəfəki danışıqlar əvvəlki danışıqlardan olmayacaq. Şəxsən düşünürəm ki, Mehri məsələsi kimi məsələlər də ortada olacaq və Ermənistan bununla razılaşmaq zorunda qalacaq".
Deputat vurğuladı ki, Mehridən Naxçıvana dəhliz verilməsi məsələsi mühümdür və bu, Naxçıvan Muxtar Respublikası əhalisinin blokadadan çıxması, Azərbaycana qısa quru yolunun açılması demək olardı: "Ona görə də inanıram ki, bundan sonrakı danışıqlar mərhələsində Mehri məsələsinə də qayıdılacaq. Azərbaycan prezidenti bu məsələlərin bütün incəliklərini bilir. Əvvəla, Mehri Azərbaycanın tarixi torpağı olub, ikincisi əgər Dağlıq Qarabağda yaşayan və real sayı 100 mindən yuxarı olmayan erməni əhali üçün Ermənistana Laçından quru yolu-xüsusi dəhliz verilməlidirsə, deməli, Naxçıvanda yaşayan 300 mindən yuxarı azərbaycanlı əhaliyə də Mehri vasitəsilə dəhliz verilməlidir”.
Siyasi ekspert Bəxtiyar Hacıyev də bildirdi ki, Mehri dəhlizi variantı vaxtilə ABŞ rəsmilərinin vasitəçiliyi ilə təklif olunan sülh planlarının biri çərçivəsində müzakirə edilirdi. Lakin sonradan bu məsələ gündəmə çıxarılmadı:
"Təbii ki, haqlı olaraq Azərbaycan öz vətəndaşlarının, xüsusilə də əhalinin sayına görə Qarabağdakı ermənilərdən daha çox Naxçıvanda yaşayan azərbaycanlılar üçün birbaşa gediş-gəlişi təmin etməyə çalışa bilər və bunun üçüt Mehri dəhlizindən istifadəni gündəmə gətirə bilər. Azərbaycanın buna haqqı var. Ancaq məsələ burasındadır ki, münaqişə sülh yolu ilə həll edilməli, bunun üçün isə tərəflər bir-birinə güzəştlər etməlidir. Azərbaycan tərəfi işğalçıların işğal etdikləri rayonları azad etmək addımına qarşı, Dağlıq Qarabağdan Ermənistana keçidi təmin edən Laçın koridorunu ayırmağı bir güzəşt addım kimi qəbul edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat üçün isə Laçın dəhlizini açıq saxlayır. Ermənistandan isə Naxçıvana dəhliz verilməsi tələbi irəli sürülə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi