Güclü külək Şəmkiri işıqsız qoyub

img

22-04-2016 [10:50]


Ötən gün axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Şəmkir rayonunda bir sıra fəsadlar törədib.

Əsasən elektrik təsərrüfatına ziyan dəyib. Küləyin sındırdığı ağac budaqları elektrik naqillərinin üzərinə düşərək onları yararsız hala salıb. Nəticədə rayon mərkəzində bir neçə küçə, eləcə də Vurğun, Yeniabad, Düyərli kəndlərinə elektrik enerjisinin verilişi kəsilib. Düyərli kəndində 5 güc transformatoru sıradan çıxıb. Şəmkir Elektrik Şəbəkəsi əməkdaşlarının müdaxiləsilə rayon mərkəzindəki küçələrə elektrik enerjisinin verilişi bərpa edilib, kəndlərdə isə iş davam etdirilir. 

Rayon Fövqəladə Hallar Komissiyası təsərrüfatlara dəyən ziyanı da araşdırır.

kepeztv.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA