21-04-2016 [17:42]
"Mehriban Hüseynovanın işi ilə bağlı lazımı qurumlara müraciət etmişəm. İşin obyektiv araşdırılmasını xahiş etmişəm. Mənə verilən rəsmi cavablarda da bildirilir ki, bu iş xüsusi nəzarətdədir. İşin istintaqı obyektiv araşdırılacaq”.
Bu barədə Modern.az saytına deputat Çingiz Qənizadə mərhum müğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın işi barədə danışarkən deyib.
Ç.Qənizadə Mehriban Hüseynovanın həbs olunmasının əsas səbəblərini söyləyib.:
"İlhamə Quliyeva artıq rəhmətə gedib. O, sağ olanda müəyyən təzyiq metodları var idi və bunlardan istifadə edirdi. Ola bilsin Mehriban Hüseynova ona görə həbs olundu ki, İlhamə Quliyeva müəyyən şantaj yollarına əl atırdı, səs-küy salırdı, müxtəlif vəzifəli adamların adlarını hallandırırdı, müxtəlif adamlara zənglər edirdi. Bu da Mehriban Hüseynovanın həbs olunmasına gətirib çıxarıb.
Hər halda Baş Prokurorluq istintaqın sonunda bu əmələ düzgün qiymət verəcək. Əgər iş məhkəməyə gedəcəksə, ümid edirəm ki, bu, həbssiz bir cəza ola bilər.
Hansısa bir hərəkətə görə, edilən və ya edilməyən əmələ görə şəhid bacısının həbs edilməsinin tərəfdarı deyiləm və əvvəldən də olmamışam”.
Çingiz Qənizadə həbsdə olan Mehriban Hüseynovaya təzyiq göstərən, şantaj edən, onun videogörüntülərinin məcburi çəkilməsində əli olan şəxslərin istintaqla artıq müəyyən olunduğunu söyləyib:
"Mehriban Hüseynovanın da müraciətində göstərilirdi ki, İlhamə Quliyevanın oğlu, onun dostu və başqa bir xanım tərəfindən təzyiqə məruz qalaraq videogörüntülər çəkilib. İnternetdə yayılmış videogörüntülərdən görürük ki, otaqda bir neçə adam var.
Düzdür, onların üzləri görünməsə də, istintaq zamanı həmin şəxslərin kimliyi artıq müəyyən olunub. Mehriban Hüseynova hansısa təzyiqlər altında bu hərəkətləri etməyə məcbur edilib. Hətta Mehriban Hüseynova bu hərəkətləri könüllü etmiş olsaydı belə, bu cür görüntülərin yayılması qanunla qadağandır”.
Deputat hələ də istintaqla müəyyən olunmuş günahkar şəxslərin niyə həbs olunmadığının səbəblərini açıqlayıb:
Həmin şəxslərin istintaq zamanı müəyyən olunmasına baxmayaraq, bu məsələyə dərhal həbslə qərar vermək olmaz. Çünki biz bir tərəfdən Mehriban Hüseynovanın niyə həbs olunduğunu, amma təqsirkar ola biləcək başqalarının niyə həbs olunmadığını deyirik.
Yəni bu o demək deyil ki, bizim istədiyimiz adamlar həbs olunmalıdır, amma istəmədiymiz adamlar yox. Hər şeyə istintaq qiymət verir”.
"Hər bir halda günahkar şəxslərlə bağlı qanunla nəzərdə tutulan cəza həddi var. Bəzi detallara istintaqın sonunda aydınlıq gəlir. Ümid edirəm ki, sonda bu məsələ öz hüquqi və ədalətli həllini tapacaq”-deyə Çingiz Qənizadə bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi