21-04-2016 [16:31]
II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, "Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib.
Döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar.
Qeyd edilib ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıb. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub.
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub.
Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan Nazim Abdullayevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib.
Deputat şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb.
Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov bildirib ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Nazim Abdullayev kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır. Milli Ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını belə Vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.
Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi