21-04-2016 [12:50]
Ermənistan hakimiyyəti aprelin əvvəlində cəbhə xəttində uğradıqları məğlubiyyətdən sonra dayanmadan Rusiyanı Azərbaycana silah satmaqda ittiham edir və Azərbaycan Ordusunun Rusiya silahları hesabına gücləndiyini iddia edir.
Məsələyə münasibət bildirən hərbi ekspert Rəşad Süleymanov Trend-ə bildirib ki, Azərbaycan Ordusunun Rusiya silahları hesabına güclənməsi barədə ermənilərin iddiaları əsassızdır.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə yanaşı digər ölkələrdən də silah tədarükü həyata keçirir: "Azərbaycan Ordusunun arsenalında olan mükəmməl və dəqiq silahların çoxu Rusiya istehsalı deyil. Budan əlavə, Azərbaycana silah satmaqda iddialı olan ölkələr arasında Avropa ölkələri, Çin və digər ölkələr var. Rusiya satmayacağı halda, Azərbaycan bu ölkələrdən də müasir və dəqiq silahlar ala bilər".
R.Süleymanov qeyd edib ki, hazırda iqtisadi böhranın davam etdiyi bir dövrdə Rusiya Azərbaycan bazarını əldən vermək istəməz: "Rusiya yaxşı bilir ki, Azərbaycan bazarını itirməsi artıq bir də bu bazara qayıda bilməməsi deməkdir. Əgər Rusiya Azərbaycana hərbi texnika və silah satmayacaqsa, Azərbaycan bunu İsraildən, Cənubi Koreyadan, Türkiyədən və digər inkişaf etmiş ölkələrdən alacaq və nəticə etibarilə Rusiya bu bazardan sıxışdırılıb çıxarılacaq. Belə olan halda düşünmürəm ki, Rusiya ermənilərin hansısa bəyanatlarına əhəmiyyət versin və bu bazarı əldən versin. Digər tərəfdən də Azərbaycan silah ehtiyatının bəlli bir hissəsini daxili istehsal hesabına təmin etməyə başlayıb və bu, yüksələn xətt üzrə davam edir".
Ekspert vurğulayıb ki, cəbhə xəttində rüsvayçı məğlubiyyətdən sonra ermənilər özlərinə təskinlik vermək və cəmiyyəti sakitləşdirmək üçün bu cür əsassız iddialar səsləndirirlər.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti Azərbaycan Silahli Qüvvələrinin aprelin əvvəlində onlara yaşatdığı ağır günləri unutmaq üçün min bir bəhanəyə əl atır:
"Bu bəhanələr artıq neçə müddətdir davam edir. Serj Sarkisyan Almaniya Kansleri Anqela Merkellə görüşündə deyirdi ki, bizim silahlarımız 80-ci illərin silahlarıdır, Təhlükəsizlik Şurasının iclasında isə deyirdi ki, müasir silahlar alacağıq. Bundan başqa, Ermənistanın Baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedevlə aprelin 7-dəki görüşündə Ermənistana təcili silahların verilməsini xahiş edirdi. Bütün bunlar Ermənistanın uğursuzluğunu pərdələmək üçün bəhanələr axtardığını göstərir. Onların indiyə qədər təriflədikləri orduları fiaskoya uğrayıb və Ermənistan ordusu faktiki olaraq "nokdaun" vəziyyətindədir və Azərbaycan bir qədər də hərəkət etsəydi, Ermənistanı sözün həqiqi mənasında "nokauta salacaqdı".
Ermənilərin iddialarına cavab olaraq Ü.Cəfərov bildirib ki, Azərbaycan Ordusunun arsenalında olan müasir silahlar təkcə Rusiya istehsalı deyil: "Digər ölkələrdən də müasir silahlarımız var. Ermənistan bir şeyi anlamalıdır ki, onun iqtisadi imkanları Azərbaycanla müqayisə oluna bilməz. Çünki Azərbaycanın təkcə hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsini xeyli üstələyir. Bunu görən ağılsız Ermənistan rəhbərliyi gərginlik yaradır və zərərini də özü çəkir".
Ekspert əlavə edib ki, Azərbaycan Ordusu dünya ölkələri ordularının reytinqində də erməniləri dəfələrlə üstələyir: "Ermənilər nə qədər tez qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarsalar, Azərbaycan Silahlı Qüvvələri də onlara o qədər az zərbə yetirəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi