21-04-2016 [12:46]
Martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyəti yüngülləşdirən bəzi müddəaları ləğv edib.
Həmin müddəalardan sürücülər də yararlana bilirdilər.
Sürücülərin məhrum olduğu birinci güzəşt köhnə Məcəllənin 455.5-ci maddəsində nəzərdə tutulmuşdu. Həmin maddədə deyilirdi ki, nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarəetmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış bəzi sürücülər bu müddəadan yararlanaraq təyin olunmuş məhdudlaşdırma müddətinin yarısı keçdikdən sonra öz hüquqlarını bərpa etdirə bilirdilər. Yeni Məcəllədə analoji norma yoxdur. Deməli, yeni Məcəllə qüvvəyə minəndən sonra sürücülük hüququ məhdudlaşdırılmış şəxslər hər bir halda məhdudlaşdırma müddətinin tam bitməsinədək gözləməlidirlər və yalnız bundan sonra sürücülük hüququ bərpa oluna bilər.
Sürücülərin və digər şəxslərin məhrum olduğu başqa bir güzəşt köhnə Məcəllədəki 21-ci maddənin ləğv edilməsidir. Həmin maddədə deyilirdi ki, törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər. Bəzi şəxslər, o cümlədən qayda pozan sürücülər köhnə Məcəllənin 21-ci maddəsinin verdiyi imkandan istifadə edərək daha ciddi tənbeh əvəzinə yüngül tənbehlə (məsələn, sürücülük hüququnun məhdudlaşdırılması əvəzinə pul cəriməsi ilə), konkret sanksiyada nəzərdə tutulduğu həddən aşağı tənbehlə (məsələn, maddənin sanksiyasında 300 manat cərimə olduğu halda cəmi 100 manat cərimə ilə), hətta bəzən məsuliyyətdən tam azad edilməklə canlarını qurtara bilirdilər. Yeni Məcəllə köhnə Məcəllənin 21-ci maddəsinə analoji norma təsbit etməyib. Bu o deməkdir ki, sürücülər və digər şəxslər martın 1-dən başlayaraq belə güzəştlərdən yararlana bilməyəcəklər. Yeni Məcəllənin tələbinə əsasən, hər kəsə onun təqsirli olduğu sübut edildiyi halda konkret maddədəki sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir.
Köhnə Məcəllənin 21-ci maddəsinin ləğv edilməsi həmin Məcəllədəki bəzi qeyri-müəyyənliklərdən sui-istifadənin aradan qaldırılması hesab edilə bilər. Belə ki, həmin normanın dəqiq tətbiqi meyarları olmadığından təcrübədə bəzən hətta sərxoş sürücünün köhnə Məcəllənin 21-ci maddəsinə istinadla məsuliyyətdən tam azad edilməsi hallarına rast gəlinirdi.
Ərşad Hüseynov, hüquqşünas
Avtosfer.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi